Ölkədə hər 1000 kişiyə 1004 qadın düşür - ƏHALİNİN SAYI AÇIQLANDI
Ötən il ölkə əhalisinin sayı 88104 nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 9 898 085 nəfərə çatıb.
APA TV-nin Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin payına düşür.
Hər 100 doğulan qıza 114 oğlan düşüb. Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturuna da təsir göstərib və hər 1000 kişiyə 1004 qadın düşüb.
Ötən il ölkədə 57109 ölüm halı qeydə alınıb.