ABŞ-da "məktəb qətliamı" - İNSANLARI BELƏ GÜLLƏLƏDİLƏR

ABŞ-ın Florida ştatında məktəbdə baş verən qətliamın görüntüləri yayılıb.


APA TV-nin məlumatına görə, hadisənin baş verdiyi məktəbə gələn polis vahimə içində olan insanların təxliyəsinə başlayıb və cinayətkarın onların içində gizlənib atəş aça biləcəyindən ehtiyat edərək hamıya əllərini yuxarı qaldırmağı əmr edib.

Binadan  çıxarılanlara əlləri başlarının arxasına qoymaları tapşırılıb.

Daha sonra 19 yaşlı qatil həbs edilib.

Xatırladaq ki, qətliam nəticəsində 17 nəfər öldürülüb, 70 yaralı var.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov