Knessetdə növbəti "erməni soyqırımı" müzakirəsi - YENƏ RƏDD EDİLDİ

Knesset 1915-ci il hadisələrinin "erməni soyqrımı" kimi tanınması barədə qanun layihəsini növbəti dəfə rədd edib.

APA TV-nin "Jerusalem post" qəzetinə istinadən məlumatına görə, İsrail parlamenti "Eş Atid" partiyasının təmsilçisi Yair Lapid tərəfindən edilən təklifi səsverməyə çıxarıb.

Lapid parlamentin 1915 hadisələrini "erməni soyqrımı" olaraq tanıması və anım gününün təyin etməsi barədə israr etsə də, Xarici işlər Nazirliyindən İsrail dövlətinin bu məsələdə rəsmi mövqeyini bir neçə dəfə ortaya qoyduğu xatırladılıb. 

Müəllif | Apa.Tv
Fərid Rəsulov