ABŞ Dövlət Departamentinin BƏYANATI

"Həlli yubanan münaqişələrin nizamlanması üzrə konkret və hiss ediləcək addımlar ATƏT-in gündəliyində mühüm yeri tutmalıdır".

APA TV-nin xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin Kiyevdə ATƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclasının yekunlarına dair  bəyanatında deyilir. Bəyanatda bildirilib ki, qurum bundan sonra da ATƏT məkanında mövcud həlli yubanan münaqişələrin nizamlanmasında mühüm rol oynamalıdır.

 

Bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri Kiyevdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə dialoqu davam etdirmək üçün görüşüblər. Görüşdən sonra ABŞ, Rusiya və Fransanın nümayəndə heyətlərinin rəhbərləri ilə verilən birgə bəyanat  ATƏT-in Nazirlər Şurası tərəfindən bəyənilib.

 

Bəyanatda deyilir ki, ATƏT Xarici İşlər Nazirləri Şurası Dnestryanı münaqişənin nizamlanması prinsipləri haqqında 5+2 formatında danışıqların aparılması barədə razılaşma əldə ediblər. Gürcüstanda mövcud vəziyyətlə bağlı konkret nəticənin əldə olunmaması isə təəssüf doğurur.

 

Müəllif | Apa.Tv