DSX: Ölkədən çıxışı qadağan olunan 1145 nəfər dövlət sər­hə­dindən buraxılmayıb

Dövlət Sərhəd Xidməti tərəfindən 2018-ci ilin yanvar ayı ərzində dövlət sərhədini pozduqlarına görə 45 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, onların 12 nəfəri Azərbaycan, 13 nəfəri Özbəkistan, 6 nəfəri Gürcüstan, 3 nəfəri Pakistan, 2 nəfəri İran, 2 nəfər Mərakeş, 1 nəfəri Ru­­­siya, 1 nəfər Tacikistan, 1 nəfər Konqo, 1 nəfər İraq, 1 nəfəri İordaniya, 1 nəfəri Şri-Lanka, 1 nə­fə­ri Türkiyə vətəndaşları olublar.

Sərhəd rejim pozucusu qismində 29 nəfər saxlanılaraq ba­­rələrində müvafiq tədbirlər görülüb. Dövlət sərhədindən keçid məntəqələrində rejim qaydalarını poz­duq­la­rı­na görə, o cümlədən ölkədən çıxışı qadağan olundu­ğuna görə 1145, ölkəyə girişi qadağan olunduğuna görə 93, vizası ol­madığına görə 202, vizasının və pasportunun müddəti bitdiyinə görə 130, müvafiq sənədi olmadığına görə 64, ölkədə müddətdən artıq qal­dığına gö­rə 90, etibarnaməsi olmadığına görə 142 nəfər dövlət sər­hə­dindən buraxılmayıb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 375 nə­fər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriy­yəsinə qarşı mübarizə təd­birləri nəticəsində 17 kq 913 qram narkotik maddə, 2 269 ədəd psixotrop dərman aşkar edilərək götü­rül­üb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata ke­çirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 1 milyon 246 min 309 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd pnevmatik tüfəng, 3 ədəd 9 mm patron, 4 ədəd qayıq, 1 ədəd gecə görmə cihazı, 2000 İİR rialı, 30,5 milyon Ru­si­ya rublu, 6628 qutu pirotexniki vasitə, 5990 qutu siqaret, 197 ədəd mobil te­lefonun dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Müəllif | Apa.Tv
Apa.tv