İsmayıllıda "NİVA" hasara çırpıldı, sürücü öldü

İsmayıllı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA TV-n-n yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Çayqovuşan kəndi ərazisində qeydə alınıb.

Qalacıq kənd sakini, 1966-cı il təvəllüdlü Elxan Ağa oğlu Məlikov idarə etdiyi "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən qar və buz səbəbindən dairəvi yolayrıcında idarəetməni itirib və avtomobil yoldan çıxaraq hasara çırpılıb. Nəticədə sürücü Elxan Məlikov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib, 1983-cü il təvəllüdlü sərnişini Asim Mustafa oğlu Hacıyev isə yüngül xəsarət aldığı üçün xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv