Rusiyada azərbaycanlı HƏYƏTİNDƏ İŞLƏYƏN BAĞBANI ÖLDÜRÜB

Yaroslavda 56 yaşlı azəbaycanlı bağında işləyən gənci öldürməkdə təqsirli bilinir. 26 yaşlı gəncin cəsədi qaraj kooperativinin ərazisində aşkar edilib. Azərbaycanlı ilə bərabər onun 19 yaşlı işçisi də saxlanılıb. Cinayət işi açılıb, araşdırma aparılır.

 

APA TV-nin xəbərinə görə, ilkin araşdırmalara əsasən ölən oğlan 56 yaşlı kişiyə məxsus bağ evində müxtəlif həyətyanı işlərlə məşğul olub. Dekabrın 9-dan 10-a keçən gecə bağın sahibi 3 min rublunun itdiyini aşkar edib. İşçilərdən birindən şübhələnərək onu söhbətə çağırıb, lakin aralarında mübahisə yaranıb.

 

Kişi digər işçiləri ilə birlikdə onu döyməyə və əsasən, başına ölümcül zərbələr endirməyə başlayıb. Onun nəfəs almadığını görüb cinayəti gizlətməyə çalışıblar. Oğlanın cəsədini avtomobilin yük yerinə qoyaraq "Dostluq" qaraj kooperativinin ərazisinə atıblar. Meyiti ərazidən keçən insanlar təsadüfən aşkarlayıblar. 2 gün ərzində tədqiqatçılar isti izlərlə cinayətin üstünü açmağa müvəffəq olublar. Hazırda azərbaycanlı və işçisinə həbsi ilə bağlı məhkəməyə müraciət göndərilib.

 

Müəllif | Apa.Tv