Həbib Misirov: “Dövlət proqramının icrası nəticəsində bir çox problemlər öz həllini tapıb”

“Aşıq Şəmşir Mədəniyyət Ocağı” ictimai Birliyi Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirib.

 

APA TV-nin məlumatına görə, tədbirdə ictimai birliyin üzvləri, Kəlbəcər rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Birliyin sədr müavini Həbib Misirov bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində minlərlə kəlbəcərli didərgin düşüb. Lakin müstəqillik illərində soydaşların yaşayış şəraitinin yaxşılaşdırılması üçün xüsusi Dövlət Proqramı qəbul olunub. Bu proqramın icrası nəticəsində məcburi köçkünlərin bir çox problemləri həllini tapıb və tapmaqdadır. Kəlbəcərlilər də hər zaman dövlətçiliyin mövqeyində əzmlə dayanıblar.

 

Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, ölkədə müşahidə olunan iqtisadi inkişaf bir çox sahələrə müsbət təsir edib. Kəlbəcər ziyalıları, ağsaqqalları ölkədə suverenliyin, əmin-amanlığın olduğunu vurğulayıb, sabitliyin qorunmasının vacibliyini önə çəkiblər. İştirakçılar dövlətçiliyin qorunması və möhkəmlənməsində ziyalıların üzərinə böyük məsuliyyət düşdüyünü bildiriblər, birlikdə təmsil olunan ziyalıların bu məsuliyyəti hər zaman anladıqlarını qeyd ediblər.

 

Tədbirdə müxtəlif universitetlərin müəllim və tələbə heyəti iştirak edib. 

Müəllif | Apa.Tv
Nigar Həsənli