Tillerson Ankarada - ƏRDOĞANLA GÖRÜŞ 3 SAATDAN ÇOX ÇƏKDİ
Anakarada səfərdə olan ABŞ dövlət katibi Reks Tillerson və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub. Bakı vaxtı ilə saat 20:40-da başlayan görüş jurnalistlər üçün qapalı keçib. Görüş 3 saat 15 dəqiqə davam edib.
Prezident Ərdoğan Reks Tillersonla danışıqlar zamanı Suriya və İraqla bağlı Türkiyənin ABŞ-dan gözləntilərini açıqlayıb.
APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti administrasiyasındakı mənbə bildirib.
“Ərdoğan və Tillerson regional problemləri, ilk növbədə Suriya və İraqı, habelə ikitərəfli münasibətləri və terrorla mübarizəni müzakirə edib. Bu məsələlərlə bağlı Türkiyənin gözləntiləri açıq şəkildə Amerika tərəfinə açıqlanıb”, - deyə mənbə qeyd edib.
Reks Tillersonun həmçinin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü nəzərdə tutulub.
Görüşlərdə Türkiyənin Afrində həyata keçirdiyi əməliyyatlar, Suriyada vəziyyət və ikitərəfli əlaqələrdə yaranmış problemlərin müzakirə olunacağı bildirilmişdi.