Əsəd PYD/YPG ilə anlaşdı: SURİYA ORDUSU AFRİNƏ GİRİR

Suriya ordusu yaxın günlərdə Türkiyə ilə həmsərhəd Afrin bölgəsinə daxil olacaq. Müvafiq razılıq rəsmi Dəməşqlə PYD/YPG arasında əldə olunub.

APA TV-nin məlumatına görə, bu barədə "Əl Mayadin" telekanalı məlumat yayıb.  

 

Suriya hökuməti ilə kürd silahlı birləşmələri arasında qeyd olunan razılıq ölkənin ərazi bütövlüyünün qorunması məqsədi ilə əldə olunub.

Xatırladaq ki, bir neçə gün öncə PYD/YPG Suriya hökumətinə Afrinə ordu yeritməsi ilə əlaqədar müraciət etmişdi.

Müəllif | Apa.Tv
Fərid Rəsulov