Bayıl sürüşmə zonasından köçürülən ailələrə kirayə pulu veriləcək - RƏSMİ AÇIQLAMA
Bayıl yamacındakı sürüşmə sahəsində yaranan ekstremal vəziyyətlə əlaqədar əhalinin mənafeyi nəzərə alınaraq sakinlərə kirayə pulu veriləcək. Baş nazir Artur Rasizadə bu barədə sərəncam imzalayıb.
Bunu APA-ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.
Sərəncama əsasən, ərazidən köçürülən 98 ailəyə ilkin olaraq müvəqqəti aylıq kirayə haqqı ödəniləcək.
Kirayə haqqı ərazidən köçürülən hər bir ailənin ailə tərkibi nəzərə alınmaqla ödəniləcək.
Kirayə haqqı hər bir ailə üçün bank hesabına köçürüləcək. Sərəncamın icrası Səbail rayon İcra Hakimiyyətinə tapşırılıb.