SOCAR-ın mühəndisi özünü iş yerinin 8-ci mərtəbəsindən atdı - BAKIDA DƏHŞƏTLİ İNTİHAR
Bakıda "Neftqazelmitədqiqatlayihə" İnstitutunda intihar hadisəsi baş verib.
SOCAR-dan APA-ya verilən məlumata görə, Sanitar texniki işlər şöbəsinin baş mühəndisi, 1969-cu il təvəllüdlü Əli Süleymanov özünü iş yerinin 8-ci mərtəbəsindən atıb.
İş yoldaşlarının dediyinə görə, anası rəhmətə getdikdən sonra Əli Süleymanov depressiyadan əziyyət çəkib, müalicə olunurdu.
Hadisə ilə bağlı araşdırma aparılır.