Cəlilabadda 20 yaşlı gənc döyüldü

Cəlilabadda 20 yaşlı gənc döyülüb. APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə rayon mərkəzində qeydə alınıb.

 

Cəlilabad şəhərinin Bakıxanov küçəsində yaşayan 20 yaşlı Yusif Quliyev tanışları ilə mübahisə zəminində döyülüb. O, təcili tibbi yardım maşını ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən ilk tibbi yardım göstərildikdən sonra Yusif Quliyev cərrahiyyə şöbəsinə yerləşdirilib. Vəziyyətinin stabil olduğu bildirilir.

 

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elnur Ələkbərov