Keçmiş məhkumlardan ibarət oğru dəstəsi ifşa edildi - ŞƏMKİRDƏ

Şəmkirdə oğurluq edən bir neçə nəfər saxlanılıb. APA TV-nin Qərb bürosunun məlumatına görə, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri - əvvəllər məhkum olunan Xəyal Məmmədov, Vüsal Hüseynli, Gündüz Nəbiyev və Anar Nağıyev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, onlar qabaqcadan əlbir olaraq bu ilin yanvar və fevral ayları ərzində rayon sakinləri - Ülviyyə Məmmədova, Məzahir Rzayev, Şəfiqə Qasımova və Şiştəpə kənd sakini Mikayıl Həsənova məxsus mənzillərdən məişət əşyaları oğurlayıblar. Ev sahiblərinə təxminən 5 min manat dəyərində maddi ziyan vurulub.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli