Polis Bakıda yolu iflic edən qadın sürücünü cəzalandırdı - VİDEOSU YAYILMIŞDI
Bakıda qarşı yola çıxaraq avtomobil idarə edən qadın sürücü barəsində tədbir görülüb. APA TV-nin verdiyi məlumata görə, "Volkswagen" markalı 99-LM-404 dövlət nömrə nişanlı avtomobili idarə edən Həsənova Nəsibə Aslan qızı 100 manat məbləğində cərimə edilib və 4 cərimə balı tətbiq olunub.
Məlumata görə, həmin xanım sürücü paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində qoşa xəttin tələbini pozub və qarşıdan gələn avtomobillərin hərəkət zolağına çıxıb. Bu vaxt ciddi tıxac yaranıb. Onun yol verdiyi kobud qayda pozuntusu isə həmin istiqamətdə hərəkət edən digər avtomobildəki kamera vasitəsilə aşkar olunub. Edilən etiraza baxmayaraq, qadın sürücü avtomobilini digər yola qaytarmaq istəməyib və hətta ona yol verilməsini tələb edib.
Yalnız yol polisinin gəldiyini görən qadın avtomobilini öz yoluna çəkərək yoluna davam edib.