Bakıda qadını doğrayıb zibilliyə atan şəxs tutuldu - RƏFİQƏSİDİR

Bakıda öldürülən qadının qətlində şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN-in mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.
         

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq istintaqa təhvil verilib.

 

Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.  

 

Müəllif | Apa.Tv
Apa.tv