Meksikada güclü zəlzələ oldu
Meksikanın Oaxaka ştatında 7,2 bal gücündə zəlzələ olub.
APA TV-nin məlumatına görə, yeraltı təkanların episentri Pinotepa de Don Luis şəhərindən 30 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
İnsan itkisi barədə məlumat yoxdur. Yaşayış binalarında çatlar əmələ gəlib.
Yeraltı təkanlar paytaxt Mexikoda hiss olunub. İnsanlar təşviş içərisində küçəyə qaçıblar.
Qeyd edək ki, 2017-ci il sentyabrın 7-si və 19-da Meksikada baş verən güclü zəlzələlər yüzlərlə insanın həyatına son qoyub.