Azərbaycanlılar PKK mitinqini dağıtdı - BUDAPEŞTDƏ
Macarıstan paytaxtında Türkiyə səfirliyinin qarşısına toplaşaraq Afrin əməliyyatına qarşı aksiya keçirmək istəyən bir qrup PKK tərəfdarına azərbaycanlılar etiraz edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, əllərində Abdullah Öcalanın fotolarını tutan PKK tərəfdarları bir anlıq nəyin baş verdiyini anlamayıb.
Türkiyə və "Zeytun budağı" əməliyyatı lehinə şüarlar səsləndirən azərbaycanlılara daha sonra onlara həmin türkiyəlilər də qoşulub. Onlar bir yerdə İstiqlal marşını oxuyublar.