Azərbaycanda Afrin əməliyyatına dəstək aksiyası keçirildi

Bu gün bir sıra qeyri-hökumət təşkilatları bir araya gələrək Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

APA TV-nin məlumatına görə, “Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirmə” , “Vətənpərvərliyin təbliğinə dəstək”, “Qarabağ qaziləri”, “Azərbaycan vətən müharibəsi veteranları” İctimai Birlikləri və başqa QHT-lər öncə 20 Yanvar şəhidlərini anıblar.

 

Daha sonra Əbədi məşəl kompleksi önünə çələng qoyulub.

 

İştirakçılar Türk Şəhidliyini də ziyarət ediblər.

 

QHT-lərin ziyarətinin səbəbi Suriyanın Afrin bölgəsində davam edən “Zeytin budağı” əməliyyatında türk əsgərlərə dəstək olmaqdır. Qarabağ qaziləri qardaş Türkiyə ilə həmrəy olduqlarını bildiriblər:

 

Jurnalist Rey Kərimoğlu bildirib ki, QHT-lər Afrin əməliyyatını dəstəkləyir: “Bu gün Azərbaycanın fəal QHT-ləri bir qardaş Türkiyənin təhlükəsizliyi naminə Suriyanın Afrin bölgəsində davam edən əməliyyata dəstək olmaq üçün bir araya gəlib. Çünki Türkiyənin təhlükəsizliyi Azərbaycanın, eyni zamanda regionun təhlükəsizliyi deməkdir”.

 

 

Müğənni Şəmistan Əlizamanlı bu aksiya birlik nümunəsidir: “Bu, bizim birliyimizi nümayiş etdirir. Biz hər zaman bir yerdə olmuşuq. Biz bir yerdə olanda daha qüdrətli oluruq. Biz eyni millətik. Mən həmişə deyirəm ki, gözümün biri Azərbaycandırsa, o biri Türkiyədir. Bu hərəkatda Türkiyənin yanındayıq”.

 

Çıxış edənlər bildiriblər ki, Afrində əməliyyatlar başlayan gündən Türkiyəyə ilk dəstək verən məhz Azərbaycan olub. Biz də öz növbəmizdə qardaş türklərə hər zaman dəstək olmağa hazırıq.

 

Müəllif | Apa.Tv
Apa.tv