Xakerlər Rusiya banklarından 6 milyon dollar oğurladılar
APA TV-nin məlumatına görə, bu açıqlamanı Rusiyanın Mərkəzi Bankı yayıb.
Bankdan bildirilib ki, külli-midarda pul hesablardan "SWIFT" sistemi vasitəsilə digər banklardakı hesablara ötürülüb, qanunsuz əməliyyatın həyata keçirilməsi zamanı hələlik adı açıqlanmayan bankın mərkəzi kompüter sistemi nəzarətə götürülüb və pullar periodik olaraq oğurlanmağa başlanıb.
Rusiyanın baş bankından hazırda bu faktların hüquq-mühafizə orqanlarında araşdırıldığını da bildirib.