"Hizbullah" lideri: "ABŞ kürdləri yarı yolda atacaq"
"ABŞ Suriyada kürdlərdən istifadə edir, sonda onları yarı yolda qoyacaq". APA TV-nin məlumatına görə, "Hizbullah" lideri Həsən Nəsrallah Suriyalı kürdlərə müraciət edib.
Vaşinqtonun Suriyalı kürdləri Bəşər Əsədə qarşı müharibədə alət olaraq istifadə etdiyini qeyd edən Nəsrullah, ABŞ-ın onlardan uyğun zamanda imtina edəcəyini deyib.
Suriya ordusunun İsrail təyyarəsini vurmasına toxunan "Hizbullah" lideri bunun nə İran, nə də Suriyadakı Rusiya hərbçiləri ilə əlaqəsi olmadığını deyib. "Bu qərar Suriya hökumətinin, özəlliklə də Bəşər Əsədin qərarı idi" - deyə, Nəsrallah vurğulayıb.