80 şəhid, 54 girov - Qaradağlı soyqırımından 26 il ötür

Xocavənd rayonunun Qaradağlı kəndində ermənilərin törətdiyi soyqrım qurbanlarının xatirəsinin 26-cı ildönümünə həsr olunmuş ümumrayon anım mərasimi keçirilib. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, mərasim iştirakçıları həmin gün şəhid olan 80 nəfərin xatirəsinə ucaldılmış "Qaradağlı şəhidləri" abidə kompleksini ziyarət ediblər.


Qeyd edək ki, Xocavənd rayonunun Qaradağlı kəndi 1992-ci ildə ermənilər tərəfindən işğal olunub. Fevral ayının 13-dən ermənilərin kəndə silahlı hücumunun qarşısı 4 gün alınıb. Fevralın 17-də qeyri bərabərdöyüşdə  kəndi müdafiə edən özün müdafiə batalyonunun döyüşçülərinin sursatı tükənib və yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib.
 

Qaradağlı döyüşlərində 80 nəfər şəhid olub, 54 nəfər girov düşüb. Girovluqda olanlardan 8 nəfər ermənilərin işğəncəsinə tab gətirə bilmədiyindən həyatını itirib. 46 nəfər erməni girovluğundan azad olub. 

Müəllif | Apa.Tv
Apa.tv