SABAH II Karyera Qış Məktəbində təlimlərə başlanılıb
SABAH Karyera Akademiyası proqramı çərçivəsində Qubada SABAH II Karyera Qış Məktəbi layihəsi təqdim olunub. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, layihənin həyata keçirilməsində məqsəd sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır.
100-ə yaxın tələbə iştirak etdiyi Qış Məktəbində SABAH tələbələri işədüzəlmə, magistratura təhsili, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılması mövzuları üzrə təlim keçiriləсək.
SABAH qruplarının İcraiyyə Komitəsinin sədri Şahin Seyidzadənin “Uğurlu karyera qurmağın yolları” mövzusunda təlimini izləyiblər.
Tələbələr layihənin birinci günü Şəms Mustafayevanın “Uğura aparan ünsiyyət” , Aygün Babazadənin “Tədqiqat bacarıqları və qlobal məlumat bazaları”, Fərid İsmayılzadənin “Startapları uğura və uğursuzluğa aparan faktorlar”, mövzularında təlimlərini dinləyiblər.
Qruplar şəkilində davam etdirilən təlimlərdə tələbələr karyera planlaşdırılması, CV və rezume yazılışı, müsahibə, təqdimat bacarıqları və s. mövzular üzrə məlumatlar əldə ediblər.
İki gün davam edəcək təlimin sonunda iştirakçılara sertifikatlar veriləcək.