Bakıya yenə QAR YAĞACAQ
Dekabrın 14-də Bakıda və Abşeron yarmadında hava şəraitinin dəyişkən buldulu olacağı arabir tutulacağı gözlənilir. Lakin gecə və səhər saatlarında bəzi yerlərdə yağıntılı olacağı proqnozlaşdırılır. Gündüz saatlarında əsasən, yağmursuz olacağı gözlənilir. Şimal küləyi əsəcək, havanın temperaturu gecə saatlarında 2 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək. Proqnozlar bürosunun qrup rəhbəri Tükəzban Hacıyeva APA TV-yə deyib ki, havanın temperaturu gündüz saatlarında aran rayonlarında 1-6 dərəcə isti, dağlıq rayonlarda isə gündüz saatlarında 0-5 dərəcə şaxta proqnozlaşdırılır.
Dekabrın 15 və 16-da hava şəraitinin tutqun olacağı gözlənilir, bəzi yerlərdə yağıntı proqnozlaşdırılır. Yağıntıların arabir sulu qara keçəcəyi də gözlənilir. Dekabrın 15-də güclənən şimal qərb küləyi 16-da gündüz saatlarında mülayimləşəcək. Havanın temperaturu gündüz 2 -6 dərəcə isti təşkil edəcək: "Dekabrın 15 və 16-da bölgələrimizdə də arabir yağıntılı hava şəaraiti gözlənilir. Dağlıq və dağaətəyi ərazilərdə sulu qar, qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək. Havanın temperaturu gündüz saatlarında Aran rayonlarında 1-6 dərəcə isti, dağlıq rayonlarda isə gündüz saatlarında 0-5 dərəcə şaxta gözlənilir".
Şaxtalı soyuq, küləkli hava şəraiti müteohəssas insanlarda diskomfort hissi yaradacaq.