Xaçmazda "Jiquli" "KamAZ"la toqquşdu - 3 ÖLÜ, 2 YARALI

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, "VAZ 2106" markalı avtomaşınla "KamAZ” markalı yük maşını toqquşub.

Qəza nəticəsində 2 nəfər hadisə yerində dünyasını dəyişib. Ağır xəsarət alan 3 nəfər Qubanın Nügədi kənd sakinləri - "VAZ 2106"-nın sürücüsü, 1973-cü il təvəllüdlü Elçin Əliyev, 1995-ci il təvəllüdlü Cavid Zülfüqarov və 1966-cı il təvəllüdlü İftixar Hacıyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan E.Əliyev həkimlərin səylərinə baxmayaraq, xəstəxanada həyatını itirib. Digər yaralılar isə hazırda həkim nəzarətindədir.

Hadisə yerində ölənlərin şəxsiyyəti isə müəyyənləşdirilir. Deformasiyaya uğrayan avtomaşından meyitləri çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

Müəllif | Apa.Tv
Apa.tv