Dollar ucuzlaşır, neft bahalaşır - BİRJALARDA SON VƏZİYYƏT
ABŞ dollarının ucuzlaşması və səhmlərin dəyər itirməsindən sonra yenidən bahalaşması, iqtisadi artımın baş verməsi ilə birjalarda xam neftin qiymətləri yüksəlib.
APA TV-nin məlumatına görə, "Brent" markalı neft ötən həftənin son satışlarında 64,88 dollardan satılırdısa hazırda bahalaşaraq 65,36 dollardan təklif olunur. WTI nefti də yeni həftədə dəyər qazanıb. Qərbi Texas nefti təxminən 70 sent bahalaşıb. Bu markadan olan neft 62,28 dollardan satılır.
ABŞ-da fəal neft quyularının sayı 2015-ci ilin aprelindən bu yana ən yüksək səviyyəyə çatıb. İlin əvvəlindən quyuların sayı 51 ədəd artıb. Ancaq bu say keçən ilin eyni dövrü ilə müqayisədə 72 ədəd azdır. Bu ölkədə istehsalın artması qiymətlərin yüksəlməsinə mane olur.
OPEK ölkələri və aralarında Rusiyanın da olduğu ortaqları əməkdaşlığı istehsalın azaldılması ilə bağlı razılaşmanı vaxtı bitəndən sonra da davam etdirmək istəyir.
Mütəxəssislər ABŞ-da neft istehsalının artmasının qiymətlərə mənfi təsir etdiyini, ancaq bunun o qədər güclü olmadığını bildirir. Çünki ölkədə istehsal öncəki il qədər sürətli deyil və tələbin yüksəl olduğu dövrdə qiymətlərin bahalaşması üçün şans yaranır.