Kərkükdə İŞİD-lə "Haşdi Şabi" arasında döyüş: 17 ÖLÜ, 20 GİROV
Kərkükdə İŞİD və "Haşdi Şabi" arasında atışma baş verib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, terror qruplaşmasının Kərkükdə pusqu qurması nəticəsində baş verən atışmada 17 "Haşdi Şabi" tərəfdarı öldürülüb, 20 nəfər isə qaçırılıb.
Kərkük polisindən bildirilib ki, insident Saduniyə kəndi yaxınlığında qeydə alınıb.
Hadisə "Haşdi Şabi"yə aid avtomobil karvanının keçidi zamanı baş verib. Havanın yağışlı olmasından istifadə edən İŞİD yol üzərində pusqu qurub.
Qaçırılanların xilas edilməsi məqsədilə bölgəyə çox sayda təhlükəsizlik və polis qüvvələri cəlb edilib. Axtarışlara İraq ordusu da dəstək verir.