Neftçalada hündürlükdən yıxılan fəhlə öldü
Neftçalada 28 yaşlı fəhlə hündürlükdən yıxılaraq ölüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Neftçala sənaye məhəlləsində çalışan fəhlə, 1990-cı il təvəllüdlü Neftçala sakini Mehman Fazil oğlu Kərimov hündürlükdə rəngləmə işləri apararkən yıxılaraq ağır xəsarətlər alıb.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı yaxınlıqdakı adamların köməyi ilə Neftçala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.