İŞİD-lə əlaqədə olan azərbaycanlı qadınlara ömürlük, Türkiyə vətəndaşına edam cəzası verildi

İraqda 10-a yaxın Türkiyə və Azərbaycan vətəndaşı məhkəmə qarşısına çıxarılıb və ömürlük azadlıqdan məhrum edilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə "Al Sumaira" telekanalı məlumat yayıb.

 

Kanala müsahibə verən Ali Məhkəmə Şurasının nümayəndəsi Abdel Sattar Birkdarın sözlərinə görə, həbs olunanlar İŞİD terror qruplaşması ilə əməkdaşlıqda ittiham olunurlar. 

 

Qeyd edək ki, Türkiyədən olan daha bir qadın haqqında isə edam hökmü çıxarılıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov