Ər-arvad dəm qazından boğularaq öldü - GƏNCƏDƏ DƏHŞƏT
Gəncədə ər-arvad dəm qazından boğularaq ölüb. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə Gəncənin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Həmin ünvanda yaşayan 1962-ci il təvəllüdlü Abbasov Adil Yusif oğlu və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Abbasova Yeganə Nazim qızı evdə dəm qazından boğularaq ölüblər. Onların meyiti səhər saatlarında aşkar edilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.