"Zeytun budasğı" əməliyyatının 1 ayı tamam oldu: PYD/YPG-yə ağır zərbələr vurulur
"Zeytun budağı" əməliyyatının 31-ci günündə Afrində məhv edilən PYD/YPG terrorçularının sayı 1641-ə çatıb. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri yayıb.
Öldürülən terrorçulardan 3-ü əcnəbidir. Onlar Hollandiya, Fransa və İspaniya vətəndaşlarıdır.
Daha 3 kənd - İkidam, Şeltah və Merseva terrorçulardan təmizlənib.
Artilleriya PYD/YPG-nin Cinderes qəsəbəsindəki mövqelərini daim atəş altında saxlayır. Hədəflər toplardan, tanklardan və raketlərlə vurulur.
Suriya ərazisində quru əməliyyatı aparan hərbçilərə Türkiyə Hərbi Hava Qüvvələri də dəstək verir.
Əməliyyatların uğurla davam etməsi Mardinin Nusaybin qəsəbəsinin qarşısında PYD/YPG-nin nəzarətində olan Kamışlıdakı terrorçuları təşvişə salıb. Onlar sərhədə yaxın olan binaları boşaltmağa və tələlər qurmağa başlayıb.
Ərazidə dərin xəndəklər qazılır, barikkadalar qurulur. Bir çox terrorçu isə uniformalarını adi paltara dəyişib. PYD/YPG-lilərin dinc sakinləri zorla silahlandırmaqda da davam edir. Ailələrindən alınan gənclərə Kamışlı yaxınlığında təlim keçilir.