ABŞ-ın Ankaradakı səfirliyinin yerləşdiyi küçəyə "Zeytun budağı" adı verildi

ABŞ-ın Ankaradakı səfirliyinin yerləşdiyi "Nevzat Tandoğan" küçəsinin adı dəyişdirilib.

 

APA TV-nin istinadən məlumatına görə, küçəyə Türkiyənin Afrində apardığı əməliyyatın adı olan "Zeytun Budağı" adı verilib.

 

Qeyd edək ki, Türkiyə 20 Yanvar 2018-ci il tarixində PKK terror təşkilatının Suriya qolu PYD/YPG ilə mübarizə aparmaq üçün Afrində əməliyyatlara başlayıb.

 

Müəllif | Apa.Tv