Tehranda iğtişaşçılar avtobusu polislərin üstünə sürdü - ÖLƏNLƏR VAR
İranın paytaxtı Tehranın şimalında baş verən iğtişaşlar nəticəsində 3 polis əməkdaşı ölüb. APA TV-nin Tehran bürosunun məlumatına görə, bu barədə İran polisinin sözçüsü Səid Müntəzirulməhdi bildirib.
Onun sözlərinə görə, Tehranın Pasdaran xiyabanında nümayiş zamanı ictimai asayişi pozan şəxslər avtobusu polis əməkdaşlarının üzərinə sürüb. Hadisə nəticəsində 3 asayiş keşikçisi ölüb.
"Təxirə salınmaz tədbirlər nəticəsində polis əməkdaşlarını öldürən şəxslər həbs olunub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır", - deyə Səid Müntəzirulməhdi bildirib. O qeyd edib ki, hazırda Pasdaran xiyabanında durum stabilləşib, vəziyyət hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.