Suriya kürdləri ilə Əsəd qüvvələri arasında Afrin razılaşması yalan çıxdı
Suriya kürdlərinin özünümüdafiə qüvvələri (YPG) və Bəşər Əsəd hökuməti arasında Suriya ordusunun Afrinə daxil olması barədə razılıq əldə olunmasına dair məlumatlar həqiqətə uyğun deyil.
APA-nın verdiyi xəbərə görə, bunu "Reuters" agentliyinə YPG-nin nümayəndəsi bəyan edib.
“Heç bir razılaşma yoxdur. Biz yalnız Suriya ordusuna çağırış etmişik ki, gəlib sərhədləri müdafiə etsinlər”, - deyə YPG nümayəndəsi qeyd edib.
Fevralın 18-də kürd qrupları və Bəşər Əsəd hökuməti arasında Suriya ordusunun Afrinə daxil olması barədə razılığa gəldiyinə dair məlumatlar yayılıb.
Qeyd edək ki, yanvarın 21-dən Türkiyə ordusu Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.