ABŞ və OPEK-in "qiymət müharibəsi" - NEFT BAZARINDA SON VƏZİYYƏT
Xam neftin qiymətlərində sutka ərzində ciddi dəyişiklik qeydə alınmayıb.
APA TV-nin məlumatına görə, "Brent" markalı neft 65,44 dollardan, Qərbi Texas nefti isə 62,20 dollardan satılır. Hər iki marka ötən gün ərzində kiçik ölçüdə bahalaşsa da, yenidən əvvəlki qiymətlərə qayıdıb.
OPEK-in sədri Məhəmməd Barkindo, OPEK və ortaqlarının istehsalı azaltmaq siyasətini davam etdirməsi ilə yanaşı bazarda tarazlığının yaranmasının sürətləndiyini deyib. İqtisadçı Saad Rahim isə qlobal ehtiyatların bu ilin ikinci yarısında önəmli bir azalma ilə özünü göstərəcəyini bildirib.
OPEK ölkələri və Rusiyanın da daxil olduğu bir neçə neft ölkəsinin ilin sonuna qədər davam edəcək istehsalı azaltmaqla bağlı əldə etdikləri razılaşmaya sadiq qalacağı, hətta razılaşmanın uzadılması gözlənilir. Buna baxmayaraq ABŞ-da qaya nefti istehsalı artmaqdadır. İl ərzində fəal neft quyularının sayı artmaqdadır. İstehsalın artması bir müddət qiymətlərə mənfi təsir edəcək.