Türkiyə hərbi təyyarələrindən vacib manevr - AFRİN-HƏLƏB YOLU BOMBALANDI

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Afrindən Hələbə aparan yolu bombalayıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, təyyarələr avtomobil yolu üzərindəki PYD/YPG-yə aid hədəflərə zərbələr endirib.

 

Afrinin cənub-şərqindəki Basuta və Ziyara kəndlərindəki terrorçuların mövqeləri də dağıdılıb.

Aviazərbələr nəticəsində 7 terrorçu məhv edilib.

Türkiyənin bu addımı Suriya hökumət qüvvələrinin Afrinə daxil olmaq istəyini əngəlləmək məqsədilə atdığı ehtimal olunur. Azad Suriya Ordusu (ASO) komandanlığından isə Bəşər Əsəd qüvvələrinin Afrinə daxil olacağı təqdirdə belə, bunun "Zeytun budağı" əməliyyatının hədəflərinə heç bir təsir göstərməyəcəyi iddia edilib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı