Fransada PKK tərəfdarları türklərə hücum etdi - HADİSƏ ANI

PKK tərəfdarları Fransada türklərə hücum edib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Marsel şəhərində Afrin əməliyyatlarına etiraz edən PKK tərəfdarları aksiya keçirib.

Əllərində Abdullah Öcalanın fotolarını tutan 80 nəfərlik bir qrup Afrin əməliyyatına etiraz etmək məqsədilə küçələrə çıxıb.

Etiraz aksiyası zamanı kafedə oturan türklərə hücum edən PKK-lılar onlardan 4-nü yaralayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır.

Müəllif | Apa.Tv