PYD/YPG-nin Türkiyə sərhədi ilə təması kəsildi - DAHA 7 KƏND AZAD EDİLDİ
"Zeytun budağı" əməliyyatının 32-ci günündə Suriyanın şimalında məhv edilən PYD/YPG terrorçularınn sayı 1715-ə çatıb. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb.
Son əməliyyatlarla daha 74 terrorçu zərərsizləşdirilib, 7 kənd terrorçulardan təmizlənib. Zeytune, Arpaviran, Sorani, Heyvani, Çarkanlı, Mervane və Heygece kəndlərinin ələ keçirilməsi ilə böyük yaşayış məntəqələrindən - Azez-Şeyx Huruz-Bülbül qəsəbələrini birləşdirən magistral yol və geniş ərazi nəzarətə götürülüb.
Bununla həm də "Zeytun budağı" çərçivəsində nəzarətə götürülən yaşayış məntəqələrinin sayı 83 olub.
Afrində əməliyyat keçirən TSQ və Azad Suriya Ordusu (ASO) döyüşçülərinə havadan və Kilisdəki top batareyalarının atəşləri ilə dəstək verilir. Raco və Cinderesdəki PYD/YPG hədəfləri 24 saat atəş altında saxlanır.
Hazırda TSQ və ASO birləşmələri Raconun 600 metrliyində mövqe tutub. Terrorçular müqavimət göstərdiyi yüksəkliklərdə tank əleyhinə silahlar yerləşdirir.
Son əməliyyatlarla daha 74 terrorçu zərərsizləşdirilib, 7 kənd terrorçulardan təmizlənib. Zeytune, Arpaviran, Sorani, Heyvani, Çarkanlı, Mervane və Heygece kəndlərinin ələ keçirilməsi ilə böyük yaşayış məntəqələrindən - Azez-Şeyx Huruz-Bülbül qəsəbələrini birləşdirən magistral yol və geniş ərazi nəzarətə götürülüb.
Bununla həm də "Zeytun budağı" çərçivəsində nəzarətə götürülən yaşayış məntəqələrinin sayı 83 olub.
Afrində əməliyyat keçirən TSQ və Azad Suriya Ordusu (ASO) döyüşçülərinə havadan və Kilisdəki top batareyalarının atəşləri ilə dəstək verilir. Raco və Cinderesdəki PYD/YPG hədəfləri 24 saat atəş altında saxlanır.
Bu arada daha öncə terrorçulardan təmizlənən Darmıq dağı ərazisində ASO döyüşçüləri minaya düşüb. Hadisə nəticəsində 10 döyüşçü yaralanıb.
Hadisədən sonra bölgəyə Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) tərəfindən zərbələr endirilib.
Suriya sərhədinə isə Türkiyə ordusunun yeni birləşmələri cəmləşib. Onlardan min xüsusi təyinatlı artıq Suriya ərazisinə keçib.