Qohumunun evindən 7900 manat oğurladı - BAKIDA ƏYLƏNCƏYƏ XƏRCLƏDİ

Göygöldə 32 yaşlı kişi qohumunun evindən 7900 manat oğurlayıb.

 

APA TV-nin xəbərinə görə, Elfaq İsayev dərhal Bakıya gedib və pulu kef-damağa xərcləyib. Elə pulu xərcləyib qurtaran kimi də polis tərəfindən saxlanılıb.

 

Saxlanılan şəxs etiraf etməsə də, onun daha əvvəl Rusiyada məhkumluq həyatı yaşadığı bildirilir. Elfaq İsayev qohumunun evindən içkili halda oğurluq etdiyini və peşman olduğunu bildirir.

 

Polis təqsirləndirilən şəxsin başqa cinayətlərdə iştirakının olub-olmamasını araşdırır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli