Lavrov: "Türkiyə Əsədlə danışıqlara getməlidir"

"Rəsmi Moskva Türkiyə ilə Suriyadakı kürdlər arasındakı fikir ayrılıqlarının yalnız dialoq yolu ilə həll olunacağına ümid edir".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu pakistanlı həmkarı ilə görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 

Jurnalistlərin Türkiyənin Afrində keçirdiyi hərbi əməliyyatlarla bağlı sualını cavablandıran baş diplomat bildirib ki, Türkiyənin təhlükəsizlik maraqları yalnız Suriya hakimiyyətilə danışıqlar vasitəsilə təmin oluna bilər: "Biz kürd problemini Suriyanı tamamilə süquta uğratmasına imkan verməməliyik. Bildiyiniz kimi yanvarda Türkiyə burada "Zeytun budağı" adlandırılan əməliyyatlara başlayıb. Ankara özünün bölgədəki hərbi aktivliyini ölkəsinə qarşı terror təhlükəsilə izah edir. Mütəmadi aparılan hərbi əməliyyatlarda hər iki tərəfdən itkilər var".

 

Qeyd edək ki, Sergey Lavrov ölkəsinin kürd probleminin daha da çox qabardılmasından narahatlığını bir daha dilə gətirib.

 

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı