Qəzaya uğrayan İran təyyarəsində 45 cəsəd tapıldı - 4500 METR YÜKSƏKLİKDƏ

İranda təyyarə qəzası nəticəsində ölənlərdən 45 nəfərin cəsədi aşkarlanıb. APA TV-nin xəbərinə  görə, bu barədə “Press TV” məlumat yayıb.

Məlumata görə, axtarış işləri 4500 metr hündürlükdə, mürəkkəb meteoroloji şəraitdə aparılır. Hadisə yerində 100-dən çox xilasedicilərin çalışdığı, əməliyyata 7 helikopterin cəlb edildiyi bildirilir. Qar örtüyünün hündürlüyü təxminən 2 metr təşkil etdiyindən xilasedicilər çətinlik çəkir.

Bildirilir ki, pis hava şəraiti səbəbindən cəsədlərin daşınmasına yalnız çərşənbə günü başlanılacaq.

Qeyd edək ki, İranın “Aseman Airlines” aviaşirkətinə məxsus Tehran-Yasuc marşrutu üzrə uçan ATR-72 tipli sərnişin təyyarəsi fevralın 18-də İsfahan əyalətində qəzaya uğrayıb. Qəza nəticəsində 66 nəfər ölüb.

Müəllif | Apa.Tv
Apa.tv