Meksikada turistləri daşıyan bərə partladı - YARALI SAYI ÇOXDUR

Meksikada turistləri daşıyan bərədə partlayış baş verib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə Playa-del-Karmen şəhərində baş verib.

İlkin məlumata əsasən, insident nəticəsində 22 nəfər yaralanıb. Onlardan 15-i Meksika, 7-si isə ABŞ vətəndaşlarıdır. Yaralılardan üçü 5, 12 və 14 yaşlı uşaqlardır. Xəsarət alanlara müvafiq tibbi yardım göstərilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Partlayışın səbəbi hələ ki məlum deyil. İnsidentin səbəbləri müəyyənləşdirilir.

Müəllif | Apa.Tv
Sərxan Kamallı