Ukrayna Mixail Saakaşviliyə ölkəyə giriş qadağası qoydu - 3 İLLİK
Ukraynanın Sərhəd Xidməti 2021-ci il fevralın 13-dək Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin ölkəyə girişini qadağan edib. APA TV-nin Ukrayna mətbuatına istinadən məlumatına görə, fevralın 12-də məhkəmə qərarları ilə Ukraynada qanunsuz yaşayan M.Saakaşvili readmissiya olunub.
M.Saakaşvilinin vəkili bu qərarı qanunsuz hesab edərək şikayət veriləcəyini bildirib.
Hazırda o, müvəqqəti yaşayış və işlə təmin olunduğu Niderlanddadır. Ancaq Ukraynaya mütləq qayıdacağını bəyan edib.
M.Saakaşvilinin vəkili bu qərarı qanunsuz hesab edərək şikayət veriləcəyini bildirib.