Biləsuvarda mal-qara oğruları ələ keçdi

Biləsuvarda vətəndaşlara məxsus mal-qaraları oğurlayan şəxslər saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, rayon sakini Mirzəli Nuriyev Xırmandalı kəndində yerləşən fermasından ona məxsus 4 baş dananın oğurlanması barədə Biləsuvar Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib.

 

Aparılan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bəydili kənd sakini Cavad Süleymanov və Zəhmətabad kənd sakini Əli Bağırov olduğu müəyyən edilib və hər iki şəxs saxlanılıb. Onlar heyvanları Maştağa bazarında 4600 manata satdıqlarını bildiriblər.

 

Adıçəkilən şəxslərin həmçinin  ayrı-ayrı vaxtlarda Biləsuvarın Əliabad kəndindən 1 baş, Zəhmətabad kəndindən 1 baş heyvanı da oğurladıqları məlum olub. Cavad Süleymanov və Əli Bağırov 6 baş heyvanı ümumilikdə 7100 manata satıb pulu aralarında bölüblər.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv