Cəbhədə erməni hərbçisi məhv edilib
Dağlıq Qarabağda erməni hərbçisi məhv edilib. APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, hadisə bu gün səhər saat 9:40 radələrində qeydə alınıb.
Təmas xəttinin şimal-şərq istiqamətində atəşkəsi pozan düşmənə açılan cavab atəşi ilə 1998-ci il təvəllüdlü Qriqor Karapetoviç Yeqoyan öldürülüb.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi istənilən təxribat cəhdinə sərt cavab veriləcəyi barədə qarşı tərəfə dəfələrlə xəbərdarlıq edib.