"Güləhməd" komediya filminin qala gecəsi keçirilib

Komediya janrında lentə alınan "Güləhməd" filminin Bakıda qala gecəsi keçirilib.

 

APA TV-nin xəbərinə görə, filmin ssenari müəllifi və rejissoru Metin Yüceldir. Baş rollarda Firəngiz Orucova, Rəşad Vahidzadə, rollarda Arif Quliyev, Natiq Fərzəliyev, Əjdər Zeynalov, tanınmış vinerlər Mansur Şerif, Raul Abbasov, Sabir Samiroğlu, Konul Əbilova, Ekstrasens Nadim Alixanov,Amil İsgəndərov, Zamin Əliyev, Ziyad Q.Sahiboğlu və Gökhan Çoban çəkiliblər. Filmin istehsalçısı və baş prodüseri Vüqar Cavadovdur.

 

Rejissor Metin Yücel "Güləhməd" filminə fərqli nöqteyi-nəzərdən yanaşmağa çalışdığını deyib. 3 ildir Azərbaycanda film çəkdiyini söyləyən rejissor "Güləhməd" filmi üzərində 6 ay davam etdiyini və çətin keçdiyini vurğulayıb.

 

Daha sonra film tamaşaçılara təqdim olunub. 

Müəllif | Apa.Tv
Almaz Qasımova