ABŞ İraq, Suriya və digər dövlətləri hədələdi: "S-400 ALMAYIN"
ABŞ İraq və digər ölkələrə Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasının fəsadları barədə xəbərdarlıq edib. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert xəbərdarlığı yeni qəbul edilmiş “ABŞ əleyhdarlarına sanksiyalar vasitəsilə müqavimət” (CAATSA) qanunu ilə əlaqələndirib.
H.Nauertin sözlərinə görə, ABŞ İraq da daxil olmaqla dünyanın bütün ölkələri ilə bu qanuna dair danışıqlar aparır və Rusiya silahı alacaqları təqdirdə Vaşinqtonun buna cavab reaksiyası verəcəyi barədə xəbərdarlıq edir.
“Biz bunu çalışdığımız bir çox ölkəyə açıq şəkildə bildirmişik”, - H.Nauert belə deyib.
Qeyd edək ki, bundan əvvəl Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Viktor Bondaryov Suriya, İraq, Sudan və Misirin S-400-ün potensial alıcısı olduğunu açıqlamşdı.