Restoranın bacasında ilişib qaldı - BAKIDA XİLASETMƏ ƏMƏLİYYATI

Bakıda gecə saatlarında restoranın havalandırma sisteminə düşən şəxs FHN-in əməkdaşları və polislər tərəfindən xilas edilib.

 

APA TV-nin məlumatına görə, hadisə Koroğlu metrosunun yaxınlığında yerləşən restoranlardan birində baş verib.

 

Adının Asif olduğunu bildirən şəxsi süpürgəçi tapıb. Bundan sonra FHN əməkdaşları və polislər hadisə yerinə gələrək, onu havalandırma sisteminin bacasından çıxarıb. Təcili tibbi yardım göstərilən şəxs xəstəxanaya çatdırılıb.

 

Adının Asif olduğunu deyən şəxs gecə saat 02:00 radələrində kimlərinsə onu bura atdıqlarını bildirib. Hadisənin dəqiq təfərrüatı araşdırmalardan sonra bəlli olacaq.

Müəllif | Apa.Tv
Elvin Bayramlı