AZYAŞLILARDAN İBARƏT OĞRU DƏSTƏSİ yaxalanıb
Bakının Şüvəlan, Mərdəkan və Şağan qəsəbələrində avtomobillərin şüşəsini sındırmaqla 10-dan çox oğurluq faktında təqsirləndirilən 3 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıb. Xəzər rayon Polis İdarəsinin əməkdaşları onları keçirilmiş əməliyyat tədbirləri zamanı yaxalayıb. Məlum olub ki, dəstəyə rəhbərlik edənin 22 yaşı var. Digərləri isə azyaşlıdır.
Avtomobilllərin müəyyən edilməsi, şüşələrinin sındırılması və pusquda durmağı Şəhriyar Hüseynov öz üzərinə götürüb. Digər işləri isə azyaşlılar görüb.
APA TV-nin xəbərinə görə, Ağdaş rayon sakini olan Şəhriyar Hüseynov eyni əmələ görə 4 il öncə də məhkum olunub.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb