Afrinə girmək istəyən PYD/YPG-nin maşın karvanı məhv edildi - VURULMA ANI
Türk Silahlı Qüvvələri (TSQ) Afrinə daxil olmaq istəyən PYD/YPG-yə məxsus 30-40 maşından ibarət karvan məhv edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Afrinin cənub-şərqindən şəhərə daxil olmaq istəyən karvana şəhərə 15 km qalmış "quru hədəflərini məhv etmə" vasitələri ilə zərbələr endirilib.
Məhv edilmiş karvan Afrinin mərkəzindəki PYD/YPG terror qruplaşmasına bir neçə dəfə silah-sursat daşıyıb.
"Zərbələrdə dinc əhaliyə zərər dəyməməsi üçün xüsusi mövqelər seçilib" - deyə, TSQ Baş Qərargahından bildirilib.